`BakuBus`da qorxulu anlar - VİDEO


19:26     04 May 2017 541603.png

Aprelin 28-də səhər saatlarında Bakının mərkəzi küçələrindən birində hərəkətdə olan “BakuBus” avtobusundan istifadə edən sərnişin qaydaları kobud surətdə pozub.


“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, sərnişin işıqforda dayanan avtobusun qapısını açmağa çalışıb. O, fövqəladə hallarda sərnişinlərin təxliyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək avtobusun qapısını açmağa nail olub və yolun ortasında avtobusdan düşüb. Bu hərəkətləri ilə ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişin həyatını təhlükəyə ataraq yolun ortasında, nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yaradıb.

M. Piriyev qeyd edib ki, onun bu hərəkətlərinə etiraz etməli olan sərnişinlərdən bəziləri, əksinə, həmin sərnişinin arxasınca avtobusdan eniblər: “Bbir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə, öz həyatları ilə yanaşı, yol hərəkətinin digər iştirakçıları üçün də təhlükə yaratmamağa çağırırıq”.



Femida.az

Açar sözlər:

Oxunub: 2078


Oxşar xəbərlər